"Bu gün Şəmkir ölkədə ən sürətlə inkişaf edən rayonlardan biridir"-Şəmkirdə olan prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə belə deyib.
Respublikanın qərb regionuna səfəri çərçivəsində Şəmkir rayonunda olan prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.Sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parka da baxan övlət başçısına məlumat verilib ki, ərazidə 7 müasir tipli fəvvarə, açıq su kanalları və onun üzərindən keçən tunel tipli keçid körpülər var. Burada süni göl də inşa edilib. Parkda əhalinin istirahətinin səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Burada quraşdırılan monitorlarda 6 dildə ulu öndərin həyat və fəaliyyətinin məqamlarını əks etdirən video çarxlar nümayiş olunur. Burada qalereya, 3D kinozal, kitabxana, tərcümə və pult otağı və mühazirə zalı fəaliyyət göstərir.
Prezident İlham Əliyev «Excelsior Hotel Shamkir» mehmanxanasının açılışında da iştirak edib. Mehmanxana 63 standart, qoşa çarpayılı və digər səviyyəli otaqlardan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət etmək üçün hərtərəfli imkanlar yaradılıb. Otaqlardakı dizaynda Şəmkirin qədim xalçalarının ornamentindən istifadə olunub.