Dünya futbol tarixinin yeddinci ən yaxşı qolu!
1990-cı ilin 19 iyun tarixi.
Dünya Çempionatının qrup mərhələsində İtaliya yığması A qrupunda o vaxtkı Çexoslovakiya yığması ilə üz-üzə gəlir.
Oyunda birinci qolu 9-cu dəqiqədə Salvatore Skillaçi vurur: Cüzeppe Cannininin ötürməsindən sonra.
Və...
Oyunun 78-ci dəqiqəsində yenə də Cüzeppe Cannininin ötürməsindən sonra top... top əfsanəvi futbolçu Roberto Baccionun ayaqlarına gəlir.
Baccionun ayaqlarına düşən top ancaq və ancaq belə bir qeyri-adi, möhtəşəm qola çevrilə bilərdi, çevrilir də.
İllər sonra dəqiq desək, 30 May 2002-ci ildə bu qol FİFA tərəfindən keçirilən sorğuda futbol tarixinin ən yaxşı yeddinci qolu sayılır.