Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
Xoş günlərimiz dəhridə qəmxanəyə döndü,
Qardaş dedik hər kimsəyə biganəyə döndü,
Cənnət Talışım mənzili-viranəyə döndü,
Bu yurdda Talışdan səva hər kəs payın aldı.
Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
Yersizlərə yer verdik əzəldən bəri hər an,
Artıq gec idi zənnidə olduqda peşiman,
Qardaş bilərək biz kimə ki vermiş idik can,
Döndü ilana əfi ilan tək bizi çaldı.
Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
İşsizlik əlindən hərəsi bir yana getdi,
Bir qismidə terror ilə qəbristana getdi,
Alimləridə şərlənərək zindana getdi,
Sərkərdəsi, ağsaqqalı qürbətdə qocaldı.
Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
Namus çıxaraq hərraca, qeyrət pul olarmış,
Çöllərdə dilənmək kasıba məqbul olarmış,
Xalqım Bakıda karxanalarda qul olarmış,
Allah bu nə dəhşət, nə müsibət, bu nə haldı.
Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
Sənsən axı məzlumların aləmdə dayağı,
Qoyma Yaradan, hakim ola haqqa-nahağı,
Qoyma sönə Ya Rəbb ulu Zərdüştün ocağı,
Hər güşəsi torpağlarımın cahi-cəlaldı...
Ya Rəbb yenə xalqım deyəsən əllərə qaldı!
12 05 2015 Dədə Zərduşt
#talış #əlinasir #talışlar #talışdili #tolışəzıvon #şeir #azərbaycan #lənkəran #astara #lerik #masalli #rəşt #gilan #iran #talesh #تالش #mirfayazlikmekani