Rusiyalı videoblogger İlya Varlamov müxtəlif şəhərlərdən reportajlar təqdim etməsi ilə tanınır. Onun növbəti belə videosu Ermənistanın paytaxtı İrəvan şəhərindən olub. Reportajda maraq çəkən məsələ isə Aqnessa adlı erməni memarın dedikləridir. Bəlkə də ilk dəfədir ki, Ermənistanın özündə kimsə açıq şəkildə İrəvanda əvvəllər ermənilərin yaşamadığını deyir və həqiqəti deməkdən çəkinmir.