Namiq Məna Mamedin sağlıqında deyib bu meyxananı.Allah rəhmet eləsün !
1960-cı ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub.Mamed cəzasının 5 ilini çəkmək Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman "Şuşa krıtısı" kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun "Şuşa krıtısı"ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir.
1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı "Leyla" şadlıq evində "qanun oğru"lar "Lotu Bəxtiyar", "Sabirabadlı Hikmət", "Dağlı Cavanşir", "Yetim Hüseyn", "Ənvər Sovetski" və "İrəvanlı Faiq"in iştirakı ilə Mamedə "qanuni oğru" titulu verilir. Bundan sonra "Masallı Mamed" daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra "Masallı Mamed"in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.
Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.