Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.
Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Toy sahibi müğənninin prodüseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.
Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayiət olunub. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.
Müğənninin ictimai yerdə xuliqanlıq hərəkətləri ilə bağlı toy sahibi hüquq-muhafizə orqanlarına şikayət edib. Məsələ dərhal nəzarətə götürülüb, tərəflər aidiyyəti üzrə polis bölməsinə aparılaraq bir neçə saat saxlanılaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb. Aidiyyəti üzrə ekspertiza təyin edilib, Kamalə Günəşlinin qarşı tərəfə yüngül dərəcəli xəsarət yetirməsi məlum olub. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi üzrə toplanmış materiallar Sumqayıt şəhər baş polis idarəsinə göndərilib.
SON XƏBƏR


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев