Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın paytaxtı Bakıda heykəlinin ucaldılmasını istədiyi iddia olunur Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, Paşinyan Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı öz heykəlinin Bakıda ucaldılmasının vacib olduğunu bildirib. “Hraparak” Paşinyanın son dövrlər müxtəlif dairələrdə özünü qəhrəman kimi təqdim etməyə çalışdığını da iddia edib. Qeyd edək ki, bu məlumat hazırda yalnız Ermənistan mətbuatında yayılan iddiaya əsaslanır. Paşinyanın belə bir açıqlama verdiyini təsdiqləyən rəsmi məlumat təqdim edilməyib. SON XƏBƏR
    1 комментарий
    3 класса
    Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib “Unikal”ın məlumatına görə, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi faktı təsdiqləyib. “Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, - Agentliyin məlumatında qeyd olunub. SON XƏBƏR
    1 комментарий
    6 классов
    🤡 Deputat da oxuduğunu başa düşmür? 🇦🇿 Elm və təhsil naziri Emin Əmrullayev dünən şagirdlərin oxuduğunu anlama səviyyəsi barədə danışıb. 📚 Nazir deyib ki, PİSA 2025 statistikasına əsasən, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. 🤔 Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bu fikirlə razılaşmayıb. Deputat bildirib ki, kimliyindən asılı olmayaraq, xüsusilə rəhbər şəxslər bu cür açıqlamalar verərkən diqqətli olmalıdırlar. 🧠 “Ola bilər, müəyyən insanların anlamaq imkanları məhduddur, amma hansı statistikaya əsasən belə bir qənaətə gəlinir ki, hər üç nəfərdən ikisi oxuduğunu anlamır? Bu kimi açıqlamalarda diqqətli olmağa ehtiyac var”, – deputat deyib. 👉 Maraqlıdır ki, nazir bu məlumatı elə həmin PİSA statistikasına əsasən səsləndirib. Bu, həm Əmrullayevin açıqlamasında, həm də bu barədə yayılan xəbərlərin mətnində açıq şəkildə qeyd olunub. 🤔 Yəni deputatın “hansı statistikaya əsasən?” sualının cavabı əslində elə xəbərin özündə var. 👀 Sizcə, deputat oxuduğunu başa düşüb? SON XƏBƏR
    1 комментарий
    2 класса
    1992-ci il “Qızıl Kürdüstan” 1992-ci ilin mayında Laçın erməni qüvvələrinin nəzarətinə keçdikdən sonra kürd millətçiləri burada “Kürd Respublikası” elan etdilər. Təşəbbüsün rəhbəri Vəkil Mustafayev idi. Özlərini 1923–1929-cu illərdə mövcud olmuş Qırmızı (Qızıl) Kürdüstanın davamı kimi təqdim edirdilər. Lakin bu qurum beynəlxalq səviyyədə tanınmadı və real müstəqil dövlətə çevrilmədi. 1992-ci ilin sonlarında fəaliyyətini dayandırdı. Ermənistanın bu təşəbbüsə dəstək verdiyi barədə məlumatlar mövcuddur. SON XƏBƏR
    1 комментарий
    5 классов
    💦 🍾👀 Prezident tərifləyəndən sonra “İstisu” zavodunun yanındakı bulağın suyunu kəsiblər 🎥 Kəlbəcərdə çəkilən və sosial şəbəkələrdə yayılan videoda sakin “İstisu” zavodunun yaxınlığında insanların əvvəllər sərbəst istifadə etdiyi mineral su çıxışı yığışdırılıb. 🇦🇿🇮🇷 Bundan bir neçə gün əvvəl - avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyana Kəlbəcərdə istehsal olunan “İstisu”nu təqdim edərək, “Azərbaycan suyundan iç” demişdi. 🏭 “İstisu” isə sıradan özəl brend deyil. “Mikroskop Media”nın araşdırmasına görə, zavodun rəsmi adı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu ASC-dir. Müəssisə Prezidentin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir. 💧 İstisuda mineral su istehsalına hələ 1976-cı ildə başlanılıb. Təxminən 30 illik fasilədən sonra istehsal bərpa olunub və yeni zavod 2024-cü ildə İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə açılıb. Zavodun illik istehsal gücünün 100 milyon şüşədən çox olduğu bildirilir. 📢 Videonun yayılmasından sonra Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bildirib ki, vətəndaşlar İstisunun termal sularından sərbəst və ödənişsiz istifadə edə bilərlər, bunun üçün xüsusi icazə tələb olunmur. ❓ Amma açıqlamada əsas sual cavabsız qalıb: sakinlərin istifadə etdiyi həmin su çıxışı kim və niyə bağlayıb? 👉🏼 Sizcə, bu hadisə təsadüfidir? SON XƏBƏR
    1 комментарий
    4 класса
    🇦🇿 Uşaqların sayı azalır 👶 Azərbaycanda doğulan uşaqların sayı son 10 ildə 70 mindən çox azalıb. 2015-ci ildə ölkədə 166 min 210 uşaq doğulmuşdu. 2025-ci ildə isə doğulanların sayı 95 min 875 nəfər təşkil edib. Beləliklə, 10 il ərzində Azərbaycanda illik doğum sayı 70 min 335 nəfər və ya 42 faiz azalıb. 💬 Sizcə, doğum sayı niyə azalır? SON XƏBƏR
    8 комментариев
    4 класса
    Azərbaycanı tərk edənlərin sayı niyə kəskin artıb? SON XƏBƏR
    3 комментария
    16 классов
    Ofisdə katibəsini “əlləyən” keçmiş deputat: “Mənim həyat yoldaşım əxlaqıma, vicdanıma bələddir” SON XƏBƏR
    2 комментария
    6 классов
    "Son 30 ildə İsveçrədən Azərbaycana 1,6 milyard, Azərbaycandan İsveçrəyə isə 2,3 milyard dollarlıq sərmayə qoyulub" Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə avqustun 4-də Bakıda keçirdiyi brifinqdə deyib. Nazir əlavə edib ki, hazırda iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında 25 sənəd mövcuddur, əlavə sənədlərin də hazırlanması davam edir.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi ki, “otuz il bundan əvvəl biz investorları cəlb edirdik, indi isə özümüz xaricə sərmayə qoyuruq”.  Müstəqil iqtisadçılar isə bu investisiyaların faydalılıq səviyyəsini sorğulayır, həmin vəsaitlərin ölkədə təhsil və səhiyyə kimi sahələrə yatırıla biləcəyini deyir. SON XƏBƏR
    3 комментария
    4 класса
    Argentinalı superulduz Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib Bu barədə “Infobae” qəzeti məlumat yayıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra Rosariodakı xəstəxanada vəfat edib. Qeyd edək ki, 17 iyun tarixində “La Opinion” qəzeti Messinin Dünya Kubokunda Əlcəzairə qarşı (3-0) ilk qolu vurduqdan sonra göz yaşlarını saxlaya bilməməsini atasının xəstəliyi ilə əlaqələndirmişdi. Argentinalı futbolçunun ailəsi daha sonra Xorxe Messinin xəstəliyi səbəbindən müalicə aldığını bildirən bir açıqlama yaymışdı. SON XƏBƏR
    1 комментарий
    1 класс
Закреплено
sonxeber
  • Класс
  • Класс
Показать ещё