YADINA DÜŞÜB.
Yenə nə dolmusan qara bulud dək,
Olmaya el,oba yadına düşüb.
Baxırsan yollara qoca palıd dək,
Olmaya el, oba yadına düşüb.
Qohummu, qonşumu axtarır gözün,
Yarmçıqmı qaldı de, şirin sözün.
Nədənsə gülməyir son vaxtlar üzün,
Olmaya el,oba yadına düşüb.
Cığrında ot bitib, varmı xəbərin,
Xalıdı bostanın, yoxdu bəhərin.
Çoxalıb dərd, sərin ,artır qəhərin,
Olmaya el,oba yadına düşüb.
Darıxanda kimsə çatmaz hoyuna,
Səhər tezdən çıxan olmaz yoluna.
Yaman boylanırsan sağa, soluna,
Olmaya el, oba yadına düşüb.
Bu Lahıcoğlunun, yol çəkir gözü,
Hələdə seçməyir əyriyi, düzü.
Gündə soruşurlar əllisi ,yüzü,
Olmaya el,oba yadına düşüb.
MƏMMƏD LAHICOĞLU FAXRALI
21.04.2024.
ELİNƏ QURBAN.
Ey Vətən nə böyük tarixin varmış,
Atamdan iz qalıb, izinə qurban.
Anamın ətri var iyində sənin,
Anamın, anası,iyinə qurban.
Başını dik tutub uca dağların,
Səs salıb dünyaya nər oğulların.
Namuslu, ismətli ceyran qızların,
Küləklər darayan ,telinə qurban.
Halal duz- çörəkli, halal süfrəli,
Vicdanı saf olan təmiz ürəkli,
Ataya, qardaşa arxa diləkli,
Salam verib sıxan, əlinə qurban.
Başının üstündə telli saz ola,
Ömrünə açılan güllü yaz ola.
Bəxtinə yazılan incə qız ola,
Sevirəm deyəsən ,dilinə qurban.
Səninki sayma sən varı,dövləti,
Unutma çətindi elin töhməti.
Şair Lahıcoğlu, saxla hörməti,
Sənə oğul deyən,elinə qurban.
1103.2024.
MƏMMƏD LAHICOĞLU FAXRALI.
A DAĞLAR QIZI.
Yenə hay salıbdı, səsləyir bizi,
O, qoca dağların a, dağlar qızı.
Gəl gedək söyləyək hər dərdimizi,
O, uca dağlarda a, dağlar qızı.
Yal, yamac aşardın ayağı yalın,
Moruq komaları pöhrənli, qalın.
İlişib qalıbdı baş kalağayın,
O, uca dağlarda a, dağlar qızı.
Eşqin zirvələrdən hələ enməyib,
Hələ də utanır inan dinməyib.
Çatdığın ocağın indi sönməyib,
O, uca dağlarda a, dağlar qızı.
Almaddan, armuddan yığaq qurudaq,
Dad versin damağa sozu, quzqulaq.
Gəl gedək bir anlıq dərdi unudaq,
O, uca dağlarda a, dağlar qızı.
Şair Lahıcoğlu, desin sözünü,
Dərd, qəmsiz yaşayaq omrün yüzünü.
Gəl gedək döndərmə dağdan üzünü,
O, uca dağlarda a, dağlar qızı.
10.03.2024.
MƏMMƏD LAHICOĞLU FAX
MƏNDƏN ÖYRƏN.
Fərhadın, Məcnunun sevgisi məndə,
Gəl gülüm, sevməyi sən məndən öyrən.
Bil eşqin yolunda çox dözümlüyəm,
Gəl gülüm, dözməyi sən məndən öyrən.
Mən sənin butanın müjdəsindəyəm,
Bir eşqin quluyam, öhdəsindəyəm.
Ən uca dağların zirvəsindəyəm,
Gəl gülüm, gəzməyi sən məndən öyrən.
Fəsillər içində bahar, yazam mən,
Özan sinəsində telli sazam mən.
Bil sənin ömrünə işvə, nazam mən,
Gəl gülüm , gülməyi sən məndən öyrən.
Şair Lahıcoğlu, dərdindən xəstə,
Canı da, qurbandı, təki sən istə.
Bir gün fələk dursa başımız üstə,
Gəl gülüm, ölməyi sən məndən öyrən.
29.02.2024.
MƏMMƏD LAHICOĞLU FAXRALI.