Предыдущая публикация
Yenə hay salıbdı, səsləyir bizi,
O, qoca dağların a, dağlar qızı.
Gəl gedək söyləyək hər dərdimizi,
O, uca dağlarda a, dağlar qızı.
Yal, yamac aşardın ayağı yalın,
Moruq komaları pöhrənli, qalın.
İlişib qalıbdı baş kalağayın,
O, uca dağlarda a, dağlar qızı.
Eşqin zirvələrdən hələ enməyib,
Hələ də utanır inan dinməyib.
Çatdığın ocağın indi sönməyib,
O, uca dağlarda a, dağlar qızı.
Almaddan, armuddan yığaq qurudaq,
Dad versin damağa sozu, quzqulaq.
Gəl gedək bir anlıq dərdi unudaq,
O, uca dağlarda a, dağlar qızı.
Şair Lahıcoğlu, desin sözünü,
Dərd, qəmsiz yaşayaq omrün yüzünü.
Gəl gedək döndərmə dağdan üzünü,
O, uca dağlarda a, dağlar qızı.
10.03.2024.
MƏMMƏD LAHICOĞLU FAXRALI.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 10
Dağlar da eşqin tək, əyilən deyil,
İçilər eşq camı, yeyilən deyil,
Bu sirr, gizli olur, deyilən deyil,
O uca dağlarda, a dağlar dızı .
Çox doğru yazmısan
Bayramın mübarək
Bahəm əziz qardaşım