Nənəm, babam bir vaxt olub sarvanın,
Ay, uzanıb dağ, binəyə gedən yol.
İndi niyə kəsilibdi, karvanın,
Ay, uzanıb dağ, binəyə gedən yol.
Dəyələrin qatar, qatar olardı,
Qız, gəlinlər zoğal, əzgil yığardı.
Züm,züməylə nənəm ,inək sağardı,
Ay, uzanıb dağ, binəyə gedən yol.
"Dirə döymə", " molla mindi" oyunu,
Uduzanın tutardılar toyunu.
Babam kəsib asardı bir, qoyunu,
Ay, uzanıb dağ, binəyə gedən yol.
Yarpız, cacıq, nanə gövhər doyğası,
Çox dadlıydı, nəhrə yağın, yaxması.
Qaymaq, qatıq, şirin südün yayması,
Ay, uzanıb dağ, binəyə gedən yol.
Çıl, çırpıyla odun ,şələ gələrdi,
Sac salınıb fətir, çörək bişərdi.
Anam bizə pendir dürmək bükərdi,
Ay, uzanıb dağ, binəyə gedən yol.
Lahıcoğlu, o, günləri, an indi,
Dövran yaman dəyişibdi,yan indi.
O, zamanı şah ömürün ,san indi,
Ay, uzanıb dağ, binəyə gedən yol.
27.01.2024.
MƏMMƏD LAHICOĞLU FAXRALI.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 13
Uğurlar
Чох саг ол шукур йахшыйых
Вар ол
Yada düşdü xatirələr, çağlaram,
Nəzər salıb, keçmişimi yoxlaram,
Gələn günü, gedən günə bağlaram ,
Ay uzanıb, dağ çinəyə gedən yol .
Təşəkkür edirəm