Предыдущая публикация
Yenə nə dolmusan qara bulud dək,
Olmaya el,oba yadına düşüb.
Baxırsan yollara qoca palıd dək,
Olmaya el, oba yadına düşüb.
Qohummu, qonşumu axtarır gözün,
Yarmçıqmı qaldı de, şirin sözün.
Nədənsə gülməyir son vaxtlar üzün,
Olmaya el,oba yadına düşüb.
Cığrında ot bitib, varmı xəbərin,
Xalıdı bostanın, yoxdu bəhərin.
Çoxalıb dərd, sərin ,artır qəhərin,
Olmaya el,oba yadına düşüb.
Darıxanda kimsə çatmaz hoyuna,
Səhər tezdən çıxan olmaz yoluna.
Yaman boylanırsan sağa, soluna,
Olmaya el, oba yadına düşüb.
Bu Lahıcoğlunun, yol çəkir gözü,
Hələdə seçməyir əyriyi, düzü.
Gündə soruşurlar əllisi ,yüzü,
Olmaya el,oba yadına düşüb.
MƏMMƏD LAHICOĞLU FAXRALI
21.04.2024.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5