Предыдущая публикация
Qəm eyləmə, qoca dünya,
Nadanların, dünyasıdı.
Sürü döndü, axsaq öndə,
Avamların, dünyasıdı.
Öldü getdi xətir, hörmət,
Çaşdırıbdı səni, şöhrət.
İtib namus,gedib ismət,
Cananların,dünyasıdı.
Kişilikdən qorxanların,
Qoltuq altda yatanların.
İki üzlü yaltaqların,
Yalanların, dünyasıdı.
Yol verilib, paxıllara,
Müəllim çoban, naxırlara.
Yalan, yanlış xəyallara,
Dalanların, dünyasıdı.
Çoxalıbdı dərdi, sər də,
Gözümüzdə qara pərdə.
Lahıcoğlu, səni dərdə,
Salanların, dünyasıdı.
25.01.2024.
MƏMMƏD LAHICOĞLU FAXRALI.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 10