AZƏRBAYCANIM
Azəri xalqının övladıyam mən.
Möhtəşəm torpağın sakiniyəm mən.
Vətən sevgisiylə yaşayıram mən.
İgidlər oylağı, Azərbaycanım!
Müqəddəs torpağım, sən mənim canım, Sən mənim qürurum, şöhrətim, şanım.
Yıxılmaz dağlarım, arxam, dayağım,
Ərənlər diyarı, Azərbaycanım!
Ölkələr içində nümunəsən sən...
Üç rəngli bayrağın ölkəsisən sən...
Qəhrəman oğullar vətənisən sən
Ey odlar diyarı, Azərbaycanım!
Mübariz tək oğul doğar analar
Bölünər çörəyim, bölünməz diyar
Düşmənin həmişə yerində sayar
Sabahın sorağı, Azərbaycanım!
Ulu ərənlərin qurduğu dövlət
Hər yerdə hayqırır haqq və ədalət
İnamla irəl