♥ KÖNLÜMÜN YORULDUĞU, BİR LİMANDAYAM YENƏ...♥
...
Nə çox istədim bu gün, qəlbimə hökm etməyi,
"Gözlə" deyilən yanğınla, imtahandayam yenə.
Və...özümü tərk edib, uzaqlara getməyi,
Könlümün yorulduğu, bir limandayam yenə...
...
Məskən tutsam, quşlarla, kimsəsiz sahilləri,
Sürgün etsəm, içimdən, cavabsıız sualları,
Təkcəcənə buraxsam, əsirlik xəyalları,
Ruhumun sovrulduğu, bir dumandayam yenə....
...
An, bir an sonrasına, necə keçməz öyrəndim,
Mən illərə, Dənizin, səbri ilə dirəndim,
İndi, yağış gözləyən, səhraya həvəsləndim,
Ümidin vurulduğu, bir zamandayam yenə...
...
Ay buludlar, söyləyin, mən qədər giryanmısız...?
Bir ömrün yekununa, beləcə ziyanmısız...?
Göz yaşımı tökənmi, yoxsa duyanm
(ŞAİR ÖMRÜ-SU KİMİDİR....)
"Şeir" Şairin qələmində deyil,Yazılanın ürəyində yaşar...
..
Ağır-ağır yerindən qalxdı Qadın
vaxt gec oldu...
Vidalaşımmı artıq dedi, qarşısında oturan Adama.
Vidalaşaq, dedi Adam.
Bir an udqundu
və yağış...? dedi.
Mən olmasam da, yağmağa davam edəcək, dedi Qadın.
Onda bəs şeirlərin...? dedi Adam
Onlar nə olacaq...?
Əvvəl yanaqlarına düşən yaşları sildi Qadın.
Titrəyən bir səslə, cavab verdi Adama
"Şeir" Şairin qələmində deyil,
yazılanın ürəyində yaşar...
Heç şübhəm yox ki,
Şeirlərim, sonsuzadək yaşayacaq.................(İlhamə Abbas Yusifqızı...)
...
ALLAH SEVGİSİ...
...
Qorxumuz olmaz bizim,
dünyanı zülmət alsa...
Aşarıq zirvələri,
İlahi sevgi olsa!...
...
O,
birmryaadi

KÖNLÜMÜN YORULDUĞU, BİR LİMANDAYAM YENƏ...

Добавлено фото в альбом

Zəfərin mübarək AZƏRBAYCAN...!❤️ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN...! Oxunsun Quranımız, Var olsun, Turanımız. Xankəndidə çalınsın, Kamanımız, tarımız. Amin...Amin...Amin.....(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
  • Класс
SƏNİNLƏYƏM, SƏNSİZ DƏ...
...
Yola zülmət çökəndə,
yadıma sən düşürsən...
Gözlərim yol çəkəndə,
yadıma sən düşürsən...
..
Ömür bir nağıldımı,
baldımı-noğuldumu...?
Gözümü nəm aldımı,
yadıma sən düşürsən...
..
Səninləyəm-sənsiz də,
tənhayam ömrümüzdə...
O görüş yerimizdə,
yadıma sən düşürsən...
...
Sevən,eşqini danmaz,
gecə də, yuxu yatmaz...
Sevdiyini unutmaz-
yadıma sən düşürsən,
yadıma sən düşürsən.............(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
YALAN DÜNYA DEYİLSƏNMİ...?
..
Kim umar səndən vəfanı,
Yalan dünya deyilsənmi...?
Əzizləri, doğmaları,
Alan dünya deyilsənmi...?
..
Sehr ilə bələyib izin,
Meydana salıb səməndin,
Aləmə möhnət kəməndin,
Salan dünya deyilsənmi..?
..
Qəsd edib, xalqın özünə,
Torpaq doldurub gözünə,
Əhl-i qəflətin üzünə,
Gülən dünya deyilsənmi...?
..
Bəzən şah-u, bəzən bəndə,
Hər insanı salan dərdə,
Kİmsə məkan tutmaz səndə,
Viran dünya deyilsənmi...?
...
Kimisini talan edib,
Kimisini giryan edib,
Axırda kor-peşman edib,
Soyan dünya deyilsənmi...?
..
İşin-gücün daim yalan,
Çox insandan, hayıf alan,
Neçə kərə, coşub duran,
Dolan dünya deyilsənmi...?......(İlhamə Abbas Yusifqızı....)
#İlhaməAbbasYusifqızı
birmryaadi

KÖNLÜMÜN YORULDUĞU, BİR LİMANDAYAM YENƏ...

Добавлено фото в альбом

Gün keçdi...Və...kimsə bilmədi, ürəklərimizdən uçan, üzgün göyərçinin "inanc" olduğunu...(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
  • Класс
Nə var ki, daha başqa, cana-candan da yaxın,
Övlad dedikdə sevgi, axırdı axın-axın.
Bir duyğu ki dadına, doyum olmayır baxın,
Cənnət meyvələriymiş, bizə ikramı Haqqın.
Allah quluna sonsuz, necə nemətlər vermiş,
Ana- Ata övladı, canından çox sevərmiş....
...
ÖVLADIM...
..
Sevgi dolu ürəyin,
Azalmasın övladım.
Gül qoxulu, gül üzün,
Heç solmasın, övladım...
...
İsticə sarılışın,
Dərdi alır gülüşün,
Aləmdə hər bir işin,
Zor olmasın, övladım..
..
Ulduzsan dənə-dənə,
Lütfüsən Haqqın mənə,
Pisliklər əsla sənə,
Yol tapmasın, övladım...
...
Olmasın, sənsiz evim,
Dayanar həm ürəyim,
Duamdasan sən daim
Var olasan, övladım..........(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
  • Класс
Təlatümlü dalğalarla çalxalanan dünya adlı narahat nəhrin içindəyik Ağı ilə qarası, gündüzü ilə gecəsi bərabər, xeyri ilə şəri əkiz dünyanın, bir üzü gülərdi, bir üzü ağlar. Nədənsə sevinci çəkən tərəzidə, pərsəng pərsənglikdən çox, oğruya oxşadı, kədərdən yük tutmağa isə, nizam-tərəzisiz bəxşiş verəndi fələk...
Barışaqmı qarış-qarış uzanacaq gecələri ilə, yoxsa xəyallarımızı büküb nağıllara, günləri sayaq. ...
.... .
QONAQ GƏLDİK BU DÜNYAYA....
...
Ağıl çaşar, beyin durar, bu düzənin önündəcə,
Dil susunca, gün gəlincə, köçəcəyik can verincə.
Qüsursuz bir dövrü aləm, sürüb gedər əsirlərcə,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Ələnəcək vücudumuz, iki ovuc torpaq olub,
Saral
  • Класс
birmryaadi

KÖNLÜMÜN YORULDUĞU, BİR LİMANDAYAM YENƏ...

Добавлено фото в альбом

Zəfər eşqi ilə ucalan bayraq, səmanı qucağına alar.....(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
ƏLİM NİYƏ ÇATMADI...?
.
Xəyalına qonağam,
danışdır özün məni...
Arzuların qoynunda
isitsin sözün məni...
Titrəyən ürəyimi,
nəğmələrə qərq elə..
Yenə ondakı kimi,
dərd-qəmimi tərk elə!..
Əl uzatmaq istədim,
o uzaq günlərimə...
Ancaq əlim çatmadı,
yenə cəhd etdim,yenə!...
Xatirələr-xəyallar,
uçan bir quşa döndü...
Xatirələr-xəyallar,
şirin nəğmətək dindi...
...
Xatirələr həmişə
şirin dadar,xoş olar...
İnsan qəmli olanda,
qəmi-dərdi,kədəri
könlündən atmaq üçün
xəyallardan güc alar!...
Həqiqətsə çox zaman,
yamanca olur acı...
O ağrının-acının
xatirələr əlacı!...
O uzaq anlarıma
əlim çatmasa ancaq...
Xatirələr həmişə,
yaddaşımda qalacaq!........(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı
  • Класс
Показать ещё