Mən inama olan inamımı itirmişəm, hansı sədaqət inamından danışırsız mənə?. Maskalanmış, dodaqlarında pomada, saçında rəng, əynində bərbəzəkdən libas var - soyunsan hamı kimisən. Özüm özümü anlamıram. Oturub ölümü gözləyirəm. Oda gəlmir.Susan, dinləyən adam axtarram. Danışacaq tonnan şey var. Susmuş misralara mismarlanıb, kitabında edam olmuşam. Bütün mahnı və kitabları götürüb rədd olmaq istəyirəm. Özümdən çıxıb, özümlə danışıb, haqq-hesab edib, vidalaşmaq istəyirəm. Bitirəm hər gün. Damarıma xəttlər çəkir əqrəblər, qanımı içir zaman. Ölüb dirilirəm. İçimdəki xərçəngi öldürmək istəyirəm. Tək Gecəm var. Gecəmlə vidalaşmadan ölmək istəmirəm. Bitirəm ama getmirəm, getsəm bitmərəm.