Sən mənim həyatda eşqim, amalım,
Sevdiyim yeganə,gözəl xanımsan.
Mənim səadətim, şirin vüsalım,
Sən nurlu Günəşim, asimanımsan,
Sən mənim sevgilim, mənim canımsan.Bu da bir taledir, bu da bir qismət,
Üzür könlümüzü ayrılıq, möhnət.
Nə qədər üzünə qalsam da həsrət,
Ən çətin anlarda tək gümanımsan,
Sən mənim sevgilim, mənim canımsan.Hər gecə röyamda görürəm səni,
Vüsal ümididir yaşadan məni.
İki sevən canın birdir bədəni,
Sən mənim loğmanım, can dərmanımsan,
Sən mənim sevgilim, mənim canımsan.Hər zaman sən oldun başımın tacı,
Könlümün sirdaşı, qəlb ehtiyacı.
Bu hicran nə qədər olsa da acı,
Bir gün dönəcəyim tək ünvanımsan,
Sən mənim sevgilim, mənim canımsan.