Baş nazir erməni terrorçunu öldürən İbad Hüseynova “Əllərinə sağlıq, qəhrəman!” dedi
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əfsanəvi Azərbaycan kəşfiyyatçısı, erməni terrorçusu Monte Melkonyanı məhv edən İbad Hüseynovla görüşüb.
Publika.Az xəbər verir ki, Ərdoğan onu türk xalqının qəhrəmanı adlandırıb. “Əllərinə sağlıq, qəhrəman!”, - deyə Ərdoğan İ.Hüseynova müraciət edib.
Baş nazirlə azərbaycanlı qəhrəmanın görüşünə dair foto İbad Hüseynovun “facebook” səhifəsində yayılıb.