Kərəm eylə
,, Yol daşını yol quşuna
Atma qardaş,Kərəm eylə"
Ş. İ XƏTAYİ.
Əsirgəmə sən köməyi,
Gəl incitmə bir ürəyi
Vaxtından tez gül-çiçəyi,
Yolma qardaş, kərəm eylə
Deyilsin xoş rəftarından,
Qoy dolansın yar-yarinnan .
Bir quşu öz qatarından ,
Salma qardaş,kərəm eylə,
Göstər hünər qeyrətini,
Eldə qazan hörmətini.
Məzlumun pay-qismətini,
Alma qardaş,kərəm eylə!
Yaxşılıq et, bənzə ərə,
Baxma böhtan, baxma şərə
Qara-qara fikirlərə
Dalma qardaş, kərəm eylə.
İladi də deyir hər an,
İgidlərə canım qurban .
Zülm eyləyən zalimlardan,
Olma qardaş, kərəm eylə!
İladi Öməroğlu