---------------------- Namazin musteheb emelleri ------------------------------
1. Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək;
2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;
6. Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda.İstər pişnamaz olsun, istərsə də iqtida edən.
7. “İxlas” surəsini oxuduqdan sonra, 1, 2 və ya 3 dəfə “kəzalikə rəbbi”