Qarabağ müharibəsi əlili, Tərtər rayon sakini Mehman Hüseynov həbs olunub. Bu haqda "Azadlıq"a Mehman Hüseynovun həyat yoldaşı Sahibə Hüseynova məlumat verib. Sahibə Hüseynovanın bildirdiyinə görə, Mehman Hüseynovu mayın 11-də, saat 18 radələrində həbs ediblər. Ona xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və Gəncə İstintaq Təcridxanasına köçürülüb. Sahibə Hüseynova hazırda Mehmanla bağlı heç bir məlumat ala bilmədiklərini və onun üçün aparılan sovqatın təcridxana işçiləri tərəfindən qəbul edilmədiyini də bildirdi. Xatırladaq ki, Mehman Hüseynov problemlərinə biganə yanaşıldıqğına görə mütamadi olaraq ölkə başçısı İlham Əliyevi sərt tənqid edirdi.
Mehman Hüseynovun 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşdə yaralanıb. Üç övlad atası olan Qarabağ qazisi şəraitsizlikdən, diqqətsilikdən söhbət edir. Deyir artıq o vəziyyətə gəlib çıxıb ki, o da, Zaur Həsənov kimi öz canına qıymağa məcbur qalıb. Mehman Hüseynov deyir ki, Qarabağ qazilərinə göstərilən münasibətdən dolayı çəkdiyi mənəvi istirablar əliliyinin ona yaşatdığı ağrıları geridə qoyub.
Salam Siz Bizim Kanalımıza Abunə Olmusunuz ?
Biz Ən Fərqli, Ən Son Xəbərləri Paylaşırıq.
Dünyadan və Bölgələrdən Xəbərlər Bu Kanalda
Zəhmət Olmasa Dəstək Üçün Kanala Abunə Olun!
╚► Subscribe
╚► Подписаться
╚► Abone Ol