Sabah dünyanın 100-dən çox ölkəsində o cümlədən Azərbaycanda “Müəllimlər günü” qeyd olunacaq. Savadlı nəsil yetişdirməklə həm də savadlı gələcəyimizi quran müəllimlərin tədris prosesini daha keyfiyyətli aparması üçün isə təbii ki, müasir, lazımi avadanlıqlarla təchiz olunmuş məktəblərə ehtiyac var. Respublikamızın digər bölgələrində olduğu kimi Lənkəranda da bu istiqamətdə son illər mühüm addımlar atılsa da təəssüf ki, hələ də yeni binanın həsrətində olan məktəblər var.
Bir il əvvələ kimi heç bir şəraiti olmayan, köhnə binada təhsil alan Lənkəranın Darquba kənd tam orta məktəbinin şagirdləri artıq tam müasir bir məktəbdə oxuyurlar. 2 mərtəbəli 180 yerlik bu məktəb son 3 ildə Lənkəranda istifadəyə verilən 12 yeni məktəb binasından biridir. İndi bu təhsil ocağının şagirdlərinin nə qış aylarında istilik problemi nə də laboratoriya və ya kompüter avadanlıqları kimi qayğısı yoxdur. Yeni məktəb şagirdlərlə yanaşı təbii ki, müəllimlərin də ürəyincədir. Həm şərait gözəldir həm də tədrisin keyfiyyəti yüksəlib. Lakin təəssüf ki, hələ də Lənkəranda bu cür tədris ocaqlarına həsədlə baxan şagirdlər var. Elə götürək Lənkəranın Viyən kənd məktəbini.46 il əvvəl istifadəyə verilən 370 yerlik məktəb bax bu vəziyyətə düşüb. Rayonda Viyən kənd məktəbi kimi yeni binaya ehtiyac duyan hələ 23 tədris ocağı var. Onların hər birinin şagirdləri Qışda isti otaqları olan, müasir avadanlıqlarla təchiz olunmuş məktəb arzudundadır.