2010-cu ilin Noyabr ayında 13 nəfərlə Yaranmış və 3 il ərzində İctimai Sahədə Yeniliklər etmiş Kreativ -İnnovativ Gənclərin birliyi olan FACEBOOK LƏNKƏRAN qrupu öz daxilində FL TV-ni yaratdı...Bu layihənin məqsədi fəal olan üzvlərimizi tanıtmaqdır...Qonağımız Regionumuzun Kreativ gənclərindən biri "Şəfəq" Ekoturizm İB-nin sədri Vamiq Babayevdir...
İdeya müəllifi - təşkilatçı - Samir Salayev ..
Layihənin Koordinatoru və rejissoru - Lvin Canturan
Texniki dəstəkçi - Nəzrin Qurbanova
Layihə FACEBOOK LƏNKƏRAN qrupunundur...
QONAĞIMIZ AŞAĞIDAKI 13 SUALA CAVAB TAPMALIDIR :
1) Özünüzü necə təqdim edərdiniz ?
2) Həyata ikinci dəfə gəlsəydiniz nəyi dəyişərdiniz özünüzdə ? ...
3) Bilsəydinizki rəsmi fərman vermək səlahiyyətiniz var ilk rəsmi fərmanınız nə haqqında olardı ? ...
4) İnkişaf etmiş cəmiyyətlərdə hansısa mesajın ifadə edilməsində Flaşmob variantı populyardı. Son zamanlar ölkəmizdə də Flaşmob-lar geniş yayılıb. Flaşmob koordinatoru olsaydınız hansı mövzuda Flaşmob hazırlardınız ?...
5) Gənc olaraq müasir zamanla ayaqlaşa bilirsizmi? Bunu necə əsaslandıra bilərsiniz ?
6) Həyatda sizi ifadə edən və ya ən çox sevdiyiniz şuar - HƏYAT SLOQANINIZ necə ifadə oluna bilər?
7) Bugün gənclərimizin inkişafı üçün Dövlət Proqramları vardır.Siz region gəncliyini təmsil edən bir gənc kimi regionlarda və paytaxtda gənclərin inkişafı mühitini necə fərqləndirə bilərsiz?
Sizcə nə önəmlidir təcrübə, kreativlik yoxsa cəsarət ?
9) İctimai aktiv gəncin ictimai aktiv olmayan gənclə fərqi nədədir?
10) Sizin düşüncənizdə Aktiv gənci xarakterizə edən 3 xüsusiyyət hansılar ola bilər ?
11) Hobbilərinizi və ya sizi fərqləndirən məqamları bilmək olarmı ?
12) Qonağımızın Hədəfi nədir?
13) Hazırda İştirakçısı olduğunuz veriliş FaceBook Lənkəran qrupunun layihəsidir. Facebook Lənkəran sizin üçün nəyi ifadə edir ?