Ən qeyri-adi yol davaları silsiləsindən daha bir epizod.
Rusiyanın Çelyabinsk şəhərində ən qeyri-adi yol münaqişələrindən biri videoregistratora düşüb.
Mikroavtobusun yolunu kəsən sürücü ilə davaya Mikki-Maus, Luntik, “Buz dövrü”nün dələsi və Süngər Bob düşüblər.
İkisahil.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, bu personajların gülərüz kostyumlarına baxmayaraq onlar sürücünü möhkəm əzişdiriblər. Mikki Maus, Luntik və Buz dövrünün dələsi Çelyabinskdə sürücünü döyüblər.
İnsident “kablukun” sürücüsünün mikroavtobusun yolunu kəsməsi ilə başlayıb (bu yolda kiçik ötüşmənin nəticəsi olduğu ehtimal edilir). Bundan sonra hər iki avtomobil dayanıb, sonra isə manevr edən avtomobilin sürücüsü mikroavtobusun sürücüsünə çox güman ki, xoşagəlməz söz deməyə yaxınlaşıb.
Sonra baş verənlər isə gözlənilməz olub: mikroavtobusdan cizgi filmi qəhrəmanlarının geyimində olan dörd nəfər enib. Onlar, necə deyərlər, heç kostyumun başlarını belə çıxarmadan sürücünü döyməyə başlayıblar.
© İkisahil.TV-ə məxsus hər hansı video material yalnız
https://www.youtube.com/user/ikisahil hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://ikisahil.tv/
Facebook Official Page: https://
https://www.facebook.com/ikisahil
Mail.Ru:
Click & Subscribe to the main youtube Channel:
https:
https://www.youtube.com/user/ikisahil
© İkisahil.TV [ Azərbaycanın peşəkar internet televiziyası ] The Internet TV of Azerbaijan