Ayrılıq gecəsi
Ayrılıq gecəsi.. ( İmam Zaman ağa haqqında )
Aşiqlik bir narahatlıq imiş,biz bilmədik,
Nəticəsi ciyəri qanla dolmaq imiş,biz bilmədik,
Qanad çaldıq uçmağa,ancaq yenə yerə düşdük,
Uçuşun şərti qanadsız uçmaq imiş,biz bilmədik,
Göylər Səndən xəbərdar idi,bizim qazandığımız mərifətsizlik oldu,biz bilmədik,
Evimizin əşyaları yaxınlığımızdan keçməyinin şahididir,biz bilmədik,
Bu qədər gözlərim yollara dikildi,məni narahat etdi,
Bu bir aşiq üçün narahatlıq idi,biz bilmədik,
Zühurunla aramızda nə qədər ayrılıq var Ağa ?
Ah,Sənsiz keçən cümələrdə başsız qaldıq Ağa,
Gəlmək üçün getmişdin,bəs niyə bu qədər uzun çəkdi ?
Bil ki,Sən yoxsan deyə səhərlər çox gec açılır,
Qəmli könüllərimizin çarəsi Sənsən,
Öldük artıq gəl,hardasan Ağa ?
Kaş ki,gəlib mənə yenidən həyat bəxş edəsən,
Ancaq Sənsən məni bu vəziyyətdən xilas edəcək olan,
Nəfsimə uydum deyə bu karvandan uzaq oldum,
Vay olsun bizə,Fatimənin oğlunu itirdik,
Bu uzun qeybdən əl çəksən,istədiyin bir candırsa əgər,onuda Sənə qurban verərəm,
Qazancımı sadəcə Sənin arxanca baxanlardan etmə,
Cümə axşamı Sənin qərarını istəyir ürəyim,
Sabahsı günü Sənin yanında olmaq istəyir ürəyim,
And olsun Allaha,gəlişinin intizarında olaram,
Eşqinin yolunda Üveys Qərani gedən yolu gedərəm,
Yoxsa ürəyin bu ayrılığa bizdən daha dözümlüdür ?
Hər ayrılıq gecəsinin bir qovuşduran səhəri var,
Hər pərvanə açılacaq səhərin ümidi ilə özünü işıq saçan şamın odunda yandırır,
And olsun "Vəl-Əsr"ə heç bir cümədən xeyir görmədim,
Sənsiz ancaq tənə eşitdik,and olsun "Əsr"ə elə O Özüdür..