Uca Allah Qurani Kərimdə buyurur: (Qiyamət günü cənnət əhlindən) Onların arasından bir carçı "Allah zalımlara lənət eləsin" deyə səslənəcək. (Araf 44)
Əhli sünnət alimi Hakim Həskani İbn abbasın bu ayə haqqında belə dediyini qeyd edir: "Həqiqətən, Allahın kitabında (Quranda) Əli ibn Əbi talibin elə adları vardır ki, insanlar onu bilmirlər.Ayədə söylənilən "Onların arasından bir carçı" dedikdə, həmin carçı (Əli) onların arasından deyər: Allah zalımlara lənət eləsin! O şəxslərə ki, onlar mənim imamlığımı təkzib etdilər və haqqımı gizlətdilər. (Şəvahidut-Tənzil, 1-ci cild, səhifə 267-268.)