“Sərhədsiz Reportyorlar” təşkilatı növbəti dəfə bəyanat yayaraq jurnalistlərə və mətbuata qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini tənqid edib.
Belə ki, son günlər üç jurnalist həbs edilib və iki aparıcı xəbər saytı bloklanıb, həmçinin onsuz da sərt olan söz azadlığını tənzimləyən qanunvericilik daha da sərtləşdirilib.
Üç müstəqil jurnalistdən biri Kanal 13 internet tv jurnalisti Teymur Kərimovundur. O, noyabrın 25-də Qarabağ qaçqınlarının su problemlərini işıqlandırarkən Bərdə rayonu yaxınlığında saxlanılıb.
Belə ki, naməlum şəxs T.Kərimovun işinə əngəl törətməyə başlayıb, sonra isə onu itələyərək təhqir edib. Polis onu saxlayıb və “hücum”da ittiham edərək barəsində cinayət işi qaldırıb.Teymur Kərimov hazırda azadlıqda olsa da cinayət işi xətm edilməyib.
Digər jurnalist Zamin Hacıdır.O ,Facebook-dakı yazıya görə, noyabrın 28-də Bakı polisinə çağırılıb. O, statusunda hakimiyyəti jurnalist qətllərinin üstünün açılmamasında, ölkədə sabitliyin olmamasında ittiham edib.
Şərqi Avropa və Mərkəzi Asiya bürosunun üzvü Yohann Bir deyib ki, “Azərbaycan hakimiyyəti o qədər əmindir ki, hətta jurnalistlərin təqib metodlarını belə dəyişməyə cəhd göstərmir”,
“Biz Əfqan Sadıqov, Teymur Kərimov və Zamin Hacının təqib olunmasını pisləyirik.
Beynəlxalq birlik hakim rejimin cəzasız hərəkət etməsinə icazə verməməli və Avropa İnsan Hüquqları Konvensiyasının sistematik pozulmasına son qoyulmasını tələb etməlidir”, deyə o əlavə edib.
AzadAvropa/Azadlıq (RFE / RL) və “Amerikanın Səsi” radiolarının veb-saytı noyabrın 28-dən dekabrın 2-dək bloklanıb..
Qeyd edək ki, Azərbaycan 2016-cı ildə World Press Freedom indeksi üzrə 180 ölkə arasında 163-cü yeri tutub.
Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini və jurnalistlərin yazılarına görə həbs edilmədiyini bildirir.
Bununla yanaşı, Amnesty İnternational həbsdə olan bir neçə jurnalist və blogeri “vicdan məhbusu” elan edib.
© Kanal13-ə məxsus hər hansı video material yalnız
youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://kanal13.tv/
Facebook Official Page:
http://www.facebook.com/tvkanal13
Facebook FanPage:
https://www.facebook.com/kanal13fanclub
Twitter:
https://twitter.com/#!/Kanal13_Baku
https://plus.google.com/+Kanal13AZ/posts
http://ok.ru/kanal13
https://vk.com/kanal13tv
https://www.instagram.com/kanal13tv
Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
Online Radio BakuFm:
http://baku.fm/
Facebook Official Page:
https://www.facebook.com/RadioBakuFM
© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan