Leke serialinin 5-ci bolumunde Kenan MM terefinden soylenen ser parcasi - Artiq icdim son zeheri, terke edirem bu sheheri
Artıq içdim bu son zəhəri,
Tərk edirəm bu şəhəri.
Mən qəlbimdən qırılmışam,
Məhv olmaqdan yorulmusam,
2x Bir şeytana vurulmuşam,
Bu dərdlərin ən betəri.
Artıq içdim son zəhəri,
Tərk edirəm bu şəhəri.
2x Bu eşq getməz belə qoşa,
Ömür gedər puça, boşa,
Mən gedirəm, rahat yaşa.
Aparıram dərd kədəri,
Artıq içdim son zəhəri,
Tərk edirəm bu şəhəri
Bax sevginin cəfasına,
İnandım eşq səfasına,
2x Düşdüm ilan yuvasına,
Çox gizlətdim bu xəbəri,
Artıq içdim son zəhəri,
Tərk edirəm bu şəhəri.
Ayrılığın dadı vardı,
Tükənməyən odu vardı,
Bu gedişin...bu gedişin adı vardı,
Gedənlərin son səfəri,
Artıq içdim...artıq içdim son zəhəri,
Tərk edirəm bu şəhəri
Həyat, etibarın belə...
Həyan belə, arın belə...
Sevgi, sənin varın belə.
Zəhərin olmur qədəri,
Artıq içdim son zəhəri,
Tərk edirəm...tərk edirəm bu şəhəri!