Yağan yağışdı göz yaşım,
Küləklər ahımdı mənim.
Mən indi sənsizəmsə tək,
Bu öz günahımdı mənim.
Sən aldığım nəfəsdəsən,
Sən ötən hər anımdasan.
Nə mən sənin yanındayam,
Nə sən mənim yanımdasan.
Görüşünəmi getsəm görəsən,
Naməmi yazsam nə edim?
Hansı ümidlərlə yazım?
Mənim ki yoxdur ümidim.
Barı sən yuxularıma gəl,
Röyalarda görüm səni.
Doyunca gözlərinə baxım,
Doyunca oxşayım səni.
Nəqarət
--------
Yadındamı o son görüş?
Bu gün hər şey bitdi dedin.
Mən buna bir səhvdi dedim
Sənsə xəyanətdi dedin.
Dedinki indi get götür
Rəsmimizi bağrına bas
O biz birgə seçdiyimiz
Mahnımıza tək qulaq as...