Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan "Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimli və onunla birlikdə tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Təvəkkül Qurbanovun vəkili Anar Rüstəmov deyib ki, təqsirləndirilən şəxslə yeni müqavilə bağlayıb. Vəkil əlavə edib ki, cinayət işi ilə tanış deyil: "Mənə şərait yaradın ki, təqsirləndirilən şəxslə məsləhətləşim. Çünki cinayət işində olan sübutlardan xəbərim yoxdur. Müdafiə etdiyim şəxs razılıq versə məhkəmənin hazırlıq iclası davam etdirilsin".
Hakimlər prosesdə 5 dəqiqəlik fasilə elan ediblər. Fasilədə Təvəkkül Qurbanovla vəkili məsləhətləşib. O, vəkili cinayət işi tanış olmadan məhkəmənin hazırlıq iclasının davam etdirilməsinə razılıq verib.
Bundan sonra Pərviz Həşimlinin vəkilləri vəsatətlə çıxış edib. Vəkillər həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə veriblər. Hakimlər vəsatəti təmin etməyib.
Məhkəmə martın 7-də davam edəcək.
Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
© Kanal13-ə məxsus hər hansı video material yalnız
youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.
▌▌►Website:
http://kanal13.tv/
Facebook Official Page:
http://www.facebook.com/tvkanal13
Facebook FanPage:
https://www.facebook.com/kanal13fanclub
Twitter:
https://twitter.com/#!/Kanal13_Baku
http://www.odnoklassniki.ru/kanal13.internettv
http://www.odnoklassniki.ru/kanal13.intenettvyeniprofili
VK:
http://vk.com/id197711591
Mail.Ru:
http://my.mail.ru/mail/tvkanal13/
Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
Online Radio BakuFm:
http://baku.fm/
Facebook Official Page:
https://www.facebook.com/RadioBakuFM
© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan