Hicrətin 61-ci ili məhərrəm ayının 10-da İraqın Kərbəla çölündə tarixin ən qanlı və faciəli hadisəsi baş verdi.Peyğəmbərin əziz nəvəsi Həzrət Hüseyn ibn Əli İslam dinini yaşatmaq uğrunda Kərbəlada özünün və ailəsinin canından keçdi.Bu cinayəti törətdikdən sonra mənfur Əməvi xəlifəsi Yezid ibn Müaviyə İmam Hüseynin (ə) bədənindən ayrılmış mübarək başını gizli sürətdə Şama çatdırılması əmrini verir.İmam Hüseynin (ə) mübarək başı,sandığa qoyularaq xüsusi dəstənin mühafizəsi altında gizli yollar ilə Şama yola düşür.Zaman keçdikcə,pul mükafatı tamahı ilə yola düşən əsgərlər səfərə çıxdıqlarına görə peşman olmağa başlayırlar...
İstehsalçı: SimaFilm kino şirkəti
İstehsal Müdiri: Seyyid Mehdi İftixari
Ssenari müəllifi və rejissor:Məhəmməd Reza Vərzi
Rollarda: Məhəmməd Sadeqi,Çingiz Vusuqi,Əkbər Əbdi,Əhməd Nəcəfi,Səid Nikpur və başqaları
Quruluşcu operator: Seyid Mohsin Cahid
Qrim üzrə rəssam: Şəhram Xələc
"Salam Studio" kino şirkətinin dublyaj redaksiyası təqdim edir