Kənd dəyirmançısının qızı Sona(Olqa Rojdestvenskaya) gözəl mahnılar oxuyur. Bakıdan gələn musiqi müəllimi Fərhad bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası(Həsənağa Turabov) isə uşağını həkim görmək arzusundadır. Kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nəinki razılıq verir, hətta uşağını özü Bakıya aparır.
Janr: Komediya,Musiqili,Uşaq
Rejissor: Tofiq İsmayılov
Baş rollarda: Olqa Rojdestvenskaya-Sona
Konstantin Dauşvili-Bəhmən dayı
Nəsibə Zeynalova-Nənə
Həsənağa Turabov-Xudayar kişi
Elxan Cəfərov-Nadir
Akif Fərəczadə- Fərhad müəllim