Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır.
Rejissor : Vaqif Azəryar
Ssenari müəllifi : Oqtay Mirqasımov
Rollarda:
Ayan Mirqasımova - Mədinə
Bəsti Cəfərova - Primadonna
Həmidə Ömərova - Mədinənin qonşusu
Gülşad Baxşıyeva - Raya
Fuad Poladov - Fuad
Abbas Qəhrəmanov - bağban
Telman Adıgözəlov - teatr rejissoru
Qurban İsmayılov - Sabir
Elşən Rüstəmov - Mədinənin əri
Elnur Kərimov - Rəhman
Məmməd Səfa
Ramiz Məlikov
Şamil Süleymanov - Şamil müəllim
Cəfər Namiq Kamal
Bəxtiyar Xanızadə
Şövqi Hüseynov
Məsumə Babayeva
Fərman Abdullayev
Ayşad Məmmədov
Yaqut Paşayeva
Nazir Rüstəmov - Sultan
İlahə Həsənova
Elxan Qurbanov
Məhərrəm Musayev
Elman Rəfiyev
Fərhad Oruclu
Tural Qurbanov
Elnur Abbasquliyev
Elnur İsmayılov
Bəhruz Əhmədli
Əli Əlizadə
Əflatun Abdullayev
Səbinə Hacıyeva
Elmirə Süleymanova
Firuz Xudaverdiyev - təlxək