Saqqız - xüsusi kulinar məmulatı olub, əsasını yeyilməyən elastik maddə təşkil edir. İnsan sağlamlığı, əsasən də diş sağlığı üçün faydalı vasitədir.
Saqqızın yaranma və istifadə tarixi çox qədimlərə dayanır belə ki, qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilib. İlk olaraq 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra William Finely Semple tərəfindən alınmışdır. Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanmışdır. Günümüzdə vitrinlərin əvəzedilməzlərindən olan saqqızın faydası da var.