Yenə gözüm getdi dərin yuxuya,
Məni qoruyan əllər qırışmaqdadır.
İnanmıram daha..məni qoruya,
Gözümdəki qəhrəman qocalmaqdadır!Kimisi qürbət,kimisi vətəndə,
Çətin həyatla savaşmaqdadır.
Ailesin aciz halda görəndə,
Divarı dırnaqla qaşımaqdadır.Bəlkə bir gün xoşbext,qazancla gəlir,
Bəlkə də heçnəsiz,gözləri yaşla.
Xanımı qapıya inancla gəlir,
Uşaqlar önünə qaçır təlaşla.Atanı yenə.. əliboş görürlər,
Ata birbaşa otağına keçir.
Dirçəlir bir anda pozğun sinirlər,
Atanın əlləri başını seçir.Xanımı yanında verir təsəlli,
Yep yeni ümüdlər yaratmaq üçün.
Oxşayır əli ilə kobud əlləri,
Yaxın intiharı yubatmaq üçün.Xanım odur,ər qəminə şən qata,
İnandırır ki,fələyin saçın yolacaq.
Az əvvəl dünyadan inci