Cəbrayılov Fəxrəddin Mövsüm oğlu 12 avqust 1958-ci ildə Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Almaniyaya getmiş və təhsilini orada almışdır. Sonra Bakıya gələrək təhsilini burada bitirir. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur.
Təyinatla Almaniyada Sovet qoşunları Qrupuna göndərilir. 1984-cü ildə fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər keçir və F.Cəbrayılov Bakıya qayıdır. Nəsimi rayon Hərbi Komissarlığına bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. 1992-ci ildə cəbhə bölgəsinə yollanır, 656-saylı hərbi hissədə motoatıcı taborun komandiri təyin olunur. 1993-cü ildə Beyləqan istiqamətində gedən döyüşdə qərargah rəisi olaraq, düşmənin xeyli canlı qüvvəsini itkiyə məruz qoyur. 1994-cü ildə Füzuli və Kəlbəcər istiqamətində döyüşən F.Cəbrayılov Gəncə şəhərində 172 saylı motoatıcı briqadasına komandir təyin edilir. 1996-cı ildən Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışıb. Hazırda Lerik Rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğluna "Azərbaycanın Mill Qəhrəmanı" adı verilmişdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев