Emin Quluyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 1993-cü ildə 273 saylı məktəbi bitirərək, Milli Orduya çağırılmışdır. 1995-ci ildə Şubanıya ezam olundu. Burada özünün əsgəri keyfiyyətləri ilə fərqlənir, hər zaman komandirin diqqət mərkəzində olurdu.
1995-ci ilin 17 mart hadisələrində Emin vətənpərvərlik və əsgəri borcunu yerinə yetirərək, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xüsusi fəallıq göstərmişdir. Yaralıların döyüş meydanından çıxarılmasında, aparılan döyüş əməliyyatında fəal iştirak etmişdir. Lakin güllələrdən biri onun ömrünə son qoyur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindəki 14 saylı xüsusi internat məktəbi, Qaradağ rayonunda bir küçə və park onun adını daşıyır.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев