Yaşasaydı 44 yaşı tamam olacaqdı.
Yusifov Naiq Nəsir oğlu 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulmuşdur. 1987-ci ildə burada orta məktəbi bitirmiş,
1988-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa vurmuş və 1990-cı ildə vətənə qayıtmışdır. Bir müddət sonra yerli özünümüdafiə dəstəsinə üzv yazılır.
1992-ci il 24 martda Tovuz rayonunun Koxa - Nəbi kəndinə ermənilər hücuma keçir. Naiq döyüş meydanında xüsusi qəhrəmanlıq nümayiş etdirir. Gərgin döyüşdən sonra N. Yusifov özü ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. Düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев