Rzayev Qasım Qara oğlunun doğum günüdür
Yaşasaydı 44 yaşı tamam olacaqdı.
Rzayev Qasım Qara oğlu 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə orta məktəbi bitirmiş, sürücülük ixtisasına yiyələnmişdir. 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ukrayna Respublikasının Nikopol şəhərində hərbi hissədə artilleriya bölməsində xidmət etmişdir. 1990-cı ildə hərbi xidmətini başa vuraraq, vətənə qayıtmış, könüllü özünümüdafiə dəstəsinə yazılmışdır. Muncuqlu, Koxa - Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdlik göstərir. 1992-ci ildə Tovuz rayonunun sərhədlərinin də qorunmasında xüsusi qəhrəmanlıq nümayiş etdirir. 14 may 1992-ci il düşmən Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdir. Qasım özünü döyüş nöqtəsinə yetirərək, qeyri - bərabər döyüşdə mərdlik göstərir. Gərgin keçən döyüşdə Q. Rzayev qəhrəmancasına həlak olur.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Əlibəyli kənd qəbristanlığında dəfn edilmişdir.
Hacallı kənd orta məktəbi onun adını daşıyır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2