Yaşasaydı 44 yaşı tamam olacaqdı.
Nizami Bağır oğlu Abbasov 1968-ci il fevralın 23-də Qobustan qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə qəsəbədəki 195 saylı səkkizillik məktəbin I sinifinə daxil olmuş, 1983-сü ildə həmin məktəbi bitirərək Ələt qəsəbəsindəki TPM-də avtomobil təmiri üzrə çilingər peşəsinə yiyələnmişdi. Eyni vaxta hərbi komissarlığın hesabına sürücülük kurslarında da təhsil almışdı.
1986-1988-ci ildə Nizami Bağır oğlu Sovet ordusu sıralarında (Leninsk şəhərində) Hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Sahil qəsəbəsindəki geofizka idarəsində sürücü işləmişdir. 1994-cü ilin yanvar Respublika Prezidenti televiziya ilə müraciətindən sonra Nizami könüllü olaraq Fizuli bölgəsinə yollandı.
Fevralın 19-da döyüşçü yolldaşlarına hərbi sursat aparan Nizami dəhşətli avtomabil qəzasında həlak oldu.
Şəhid Nizami Abbsov evli idi. Ölümündən 40 gün sonra bir qız övladı Nizamə dünyaya gəldi.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев