Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Dag başında ackən pendir ,
Nüş edərkən zövq almışam .
Saf təbiət , fətir , təndir ,
Kəndim üçün darıxmışam.
Ləzzət edir ətraf rəsmən,
Ətrafımda çiçək çəmən.
Uşaqlıqda ləyəndə mən,
Çimmək üçün darıxmışam.
Gözəl şeylər gördüm ondan,
Xoş söz,sevgi ,qayğı,vicdan.
Çıxmayıbdı mənim yaddan,
Nənəm üçün darıxmışam.
Yaxşılara sevgi duyan ,
Hallarını soraqlayan .
Lay lay kimi xoruldayan,
Lələm üçün darıxmışam.
Natiq Dərviş

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев