Sual: İş yerində namaz qalmağa icazə verilmirsə zöhrə və əsr namazlarını qışda necə etmək olar qəzaya düşməsin??
Cavab: Qəzaya düşməməsi üçün namazı qılmaq lazımdı. Əgər iş əsnasında namazın vaxtı bitənə qədər heç cür namaz qılmağa icazə verilmirsə o işdən uzaqlaşmaq vacibdir.
Birdən sual edərsüz ordanda çıxsam işsiz qallam onunda cavabı bu ayədir
زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا ۘ وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ ۗ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman gətirənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dil
Sual Dövlətin İşiqi qazi sayqacdan qanundan kənar işletməy icazəlidirmi?
Cavab: insanın, özünə məxsus olmayan və ya istifadə haqqı olmayan şeylərdən icazəsiz istifadəsi haramdır.
Seyyid Əli Sistaninin Dəftərxanası...
1Sual: Xarici ölkələrdən idxal olunmuş dəri geyim və qayışla namaz qılmaq olarmı?
Cavab: Əgər dərinin təbii olmasına əmin deyilsinizsə, təharət hökmündədir (pak sayılır) və axtarış aparmaq lazım deyil. Onun təbii dəri olduğuna əminsinizsə, lakin müsəlman ölkəsindən gəldiyini ya da şəriət qaydası ilə kəsilmiş heyvanın dərisindən hazırlandığını ehtimal etmirsinizsə, belə bir dəri nəcasətə məhkumdur (murdar sayılır). (Belə dəridən olan paltarı) geyinib namaz qılmaq olmaz. Əks halda (əgər ehtimal edirsiniz ki, müsəlman ölkəsindən gətirilib ya da şəriət qaydası ilə kəsilib) pak sayılır və onu geyib namaz qılmaq olar.
Sual-1: Əgər bir şeyin nəcis olduğunu bilsək, amma hansı hissənin nəcis olduğunu bilməsək, hökm nədir?
Cavab: Həmin şeyin paklanması üçün nəcis olduğu ehtimal edilən bütün hissələr yuyulub paklanmalıdır. Sözügedən şey paklanmazdan əvvəl nəmli bir şey onun bəzi hissələrinə toxunarsa, nəcis sayılmaz.
Sual: Əgər namazın qunutunu unutsaq, hansısa bir yolla onun əvəzini verə bilərikmi?
Cavab: Əgər qunut tutmadığınızı rükuda ikən başa düşsəniz, rükudan sonra qunut tutmağınız müstəhəbdir. Əgər səcdədə ikən bunu başa düşsəniz, namazın salamından sonra qunut tutmağınız müstəhəbdir.
Sual: Saqqalı qırxmaq olarmı?
Cavab 1: Vacib ehtiyata görə, saqqalı qırxmaq haramdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.325
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 2: Ehtiyat-vacibə görə, üzü (dibdən) qırxmaq və buna görə zəhmət haqqı almaq icazəli deyil. Zərurət (çıxılmaz) halı, eləcə də onun tərk edilməsi (qırxılmaması) adətən dözüləsi olmayan bir çətinlik və ya zərər törədərsə, hərçənd başqalarının istehza və təhqir etməsi cəhətində olsa belə, bu iki hal istisnadır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2037