Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Küskünlük, inciklik kimi hallar birlik vә bərabərlik hissini zədələyir. Buna görə də kiçik bir inciklik olan kimi dərhal barışmaq lazımdır. Qurani-Kәrimdә: “Həqiqətən, möminlər (dində) qardaşdır. Buna görə də (aralarında bir mübahisə düşsə) onların arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb), rəhm olunasınız!” (Hücurat, 49/10) hökmü bәyan edilmişdir. Əgər küsülü olan iki Müsəlman aralarındakı anlaşılmazlığı yoluna qoya bilməsə, vəziyyət necə olacaq? Ayədə: “Elə isə qardaşlarınızın arasını düzəldib onları barışdırın” buyurulur. Anlaşılmazlığın səbəbindən xəbərdar olan hər bir Müsəlman din qardaşlarının arasını düzəltməyi və onları barışdırmağı özünə borc bi