Qınamayın...
Bağçasında gül əkdiyim,
Hər nazını çox çəkdiyim,
İşlədiyim ,tər tökdüyüm
Bağlar... məni qınamayın...
Sinəsində izim qalmış,
Ocağında közüm qalmış,
Deyiləsi sözüm qalmış
Dağlar... məni qınamayın...
Ov etdiyim oylaq yeri,
Biçənəklər, yaylaq yeri,
Zümzüməli bulaq yeri
Ağlar... məni qınamayın...
Çələng hörüb gül dərdiyim,
Sığal çəkib tel hördüyüm,
Bir gözələ əl verdiyim
Çağlar... məni qınamayın...
Ramiz belə keçməz dövran,
O vüsala verər fərman,
Ruhumada məlhəm,dərman
Bağlar... məni qınamayın...
Ramiz Məmmədov 20 .12. 2015
Nə vaxtdır, yolunda yesirəm axı.
Yığmısan qəlbimə dünyanın qəmin,
Sonuma çıxıbdır zülmün, sitəmin,
A zalım, ürəyin daşdırmı sənin?
Nə vaxtdır, yolunda yesirəm axı.
Nə deyim taleyə, belə-gərdişə?
Fələk də gün yazmır bəxdi dönmüşə,
Deyirsən dost kimi gəlim görüşə,
Neynim, mən də səndən kəsirəm axı?
Mübariz Qəmliyəm, uymursan mənə,
Heçmi sevgi hissi duymursan mənə?
Bir busə nədir ki, qıymırsan mənə?
Taledən-iqbaldan küsürəm axı.
Mübariz Qəmli 29.07.2015
Qəm-kədər sonuma çıxdı beləcə.
Vəfasız yar deyib, qəm çəkə-çəkə,
Qoy bilsin dərdindən düşdüm nə kökə?
Yazıram, nə vaxtsa oxuya bəlkə.
Anlaya mən onu sevmişəm necə.
O məni tərk edib çıxartdı yaddan,
Yalvarıb istədim mənsə Allahdan,
Vəfasız küsdürdü bütün həyatdan,
Ağzım-dilim yandı onu deyincə,
Qaçıb səadətdən, hicrana yetdim,
Içkiyə qurşanıb, əyyaşlıq etdim,
Hər gecə evimə içkili getdim,
Gəncliyim məhv oldu, almadım vecə,
Qəm bürüdü gecəmi, gündüzümü,
Dost-düşmən içində silib gözümü,
Gündüz ələ alıb güclə özümü,
Sübhədək ağladım, xəlvət hər gecə.
Hələdə sevirsən? soruşmağından,
Yoruldum, utandım el qınağından,
Dilim yox söylədi utandığından,
Ürəyim hə deyib, yan
Sevgidən giley
Bu sevgi deyilən nə yaman hisdi?
Üsdümdən acı bir yel kimi əsdi,
Dünyamı qaraltdı, səbrimi kəsdi,
Bilsəydim əzəldən salmazdım meyil.
Sevdim, qəsd elədim özüm-özümə,
Cəhənnəm görünür dünya gözümə,
Mat-mətəl qalmışam canda dözümə,
Eşqin sarayında olmuşam seyil.
Ömrümə bəxşişi yaşdı gözümdə,
Qan ağlayır bütün şeirim, sözüm də,
Elə yaraları var ki, köksümdə,
Ömrün sonunadək sağalan deyil.
Bilmədim bəxtimdi, yoxsa gicliyim,
Eşqə düşdüm, yoxa çıxdı dincliyim,
Dərd içində itib-batdı gəncliyim,
Mübariz Qəmliyəm, olmuşam veyil.
Mübariz Qəmli 20.05.2015
Solqun ureyimde,solqun bir gulsen
Bulbulde cemende gulsuz,hec nedir.
Varliqim,ilhamim seninle gedir
Inanma hec mene!!sevdin besimdir.
Bu deli konlumde!senli,sensizdir.
Isteyirsen o qelbinden,silesen
Hiss edirem,sen sadece,sevirsen
Icin-icin goz yawlari,tokursen
Verme eziyyeti!o sozler nedir?
Bu deli konlumde,senli,sensizdir.
Bacarsan eger sen,cixart yadindan
Aqlama!men getsem,su at arxadan
Inan unutmaram!!!seni hec zaman
Sevirem dediyin,sozler kimindir?
Bu deli konlumde,senli,sensizdi.
Muellif
Afiq goyceli.