Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsiNamazdan əvvəl oxunan azan və iqamənin çox böyük əhəmiyyəti vardır. Fəzl ibni Şazan İmam Rzadan (ə) nəql edir ki, buyurub: “İnsanlar ona görə azan deməyə əmr olunublar ki, çox sayda hikmət və səbəbləri vardır. O cümlədən unudanlar üçün bir yada salma, qafillər üçün ayıltmadır. O kəslər ki, namazın vaxtını bilmir, ya da başqa işlə məşğuldurlar, namaz vaxtı ilə tanış olarlar. Azan oxuyan azan vasitəsilə insanları İlahi ibadətə tərəf səsləyər, onları İlahi pərəstişə təşviq edər. Tövhidi etiraf edərək, iman və İslamını aşkar edər, unudanlar üçün namazın vaxtının çatdığını elan edər.Azan ona görə təkbirlə başlayıb, “Lə İləhə İlləllah” ilə sona çatır k