Daha xəstə saldı,xəbərin varmı,
Sonu görünməyən bu həsrət məni.
Mən dözə bilmirəm, neyləyim axı?
Həsrətə dözməyə gəl, öyrət məni.
Qalıb gözlərimdə gözünün şəkli,
Mən ola bilmirəm daha ürəkli,
Tək gücüm çatmayır,dur,gəl köməkli,
Sənsiz yaşamağa sən öyrət məni.
Əllərim uzalı,qollarım bağlı,
Gələ də bilmirəm,yollarım bağlı.
Bir xəstə könlüm var,həstərli,dağlı,
Durdurmasın onu, qəm,öyrət məni.
Dur,gəl də demirsən,gəlim yanına,
Bəlkə məlhəm ola sözün canıma.
Bəsdir, insaf eylə,girmə qanıma,
Sənin tək durmağa gen öyrət məni.
Güldanə səhrada susuz bir çiçək,
Bu hicran əlində solub gedəcək.
Bir qəfil xəbərim yarı üzəcək,
Üzməsin yarımı qəm,öyrət məni.
Məndəmi görürsən,indi günahı,
Axtarma deyir