Yenə səs saldı küləkdən acılan pəncərələr, Bu küləklər şəhərindən asılan pəncərələr.. *** Oğul itkin, ana tənha bu onun taleyidir, Bir təsəlli ona öz övladının köynəyidir. Gözü yollarda qalan bir ananıneynəyidir, Şüşəsindən çölə həsrət dağılan pəncərələr.. *** Gözü yollarda qalan var uzun illər boyu tək, Nə gələn var, nə gedən var, boş ümiddir bu demək. Açilib bağlanır hey xatirə dəftərləri tək, Neçə illərdi ümidlə baxılan pəncərələr.. *** Elə bir qəlbi evim var ki, baxıb gəl marağa, Pərdələr qəm libasından biçilib künc-bucağa. Sanki daşlaşmış ürəklərlə tikilmiş otağa, Qoyulub dərd ağacındanyığılan pəncərələr.. *** Elə bil ki, bu divarlar daralır ildən ilə, Bürüyüb dərd içimi ruhumayer yoxdu