”Salfetka alarsanmı əmi?” dedi, kirli amma gözəl üzüylə.”Yox” dedim, ”Sağ ol, sağ ol, mənim varımdır””Olsun sonra istifadə edərsən” dedi titrək səsiylə.”Yaxşı” dedim, ”Ver bir dənə”Uzatdım pulu, sevindi. ”Salfetka qalsın” dedim, çox pis oldu.”Olmaz elə şey, mən dilənçi deyiləm””Yaxşı” dedim, ”Yaxşı, hirslənmə”Aldım salfetkanı əlindən soruşdum: ”Adın nədir sənin?””Murad” dedi, ”Murad amma dostlarım mənə ‘incə’, deyir zəyifəm deyə.””Anan, atan yox mu senin?””Bilmirəm, var bəlkədə. Heç görməmişəm ki.””Bəs harda yaşayırsan sən? ” dedim.”Hər yerdə” dedi, həm də gülərək…”Necə yəni hər yerdə?””Heçvaxt sərhəd qoymuram özümə sizlər kimi” dedi və ürəkdən qəhqəhə çəkdi.Haqsız da sayılmazdı yəni…”Kimdən