Dinimiz insanın güzəştli olmasını istəyir
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, avaz edən nida verər: “O kəsin ki, müzdü Allahladır, qalxsın və behiştə getsin.
Deyilər: “Kimin müzdü Allahladır?”
Buyurar: “İnsanlara güzəşt edənin”.
İmam Əli (ə) buyurur: “Güzəşt - böyüklüyün ən alisidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu güzəşt edər, ömrü uzun olar”.
İmam Hüseyn (ə) buyurur: “Ən çox güzəşt edən insan o kəsdir ki, qüdrəti olan zaman güzəşt edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə güzəşt edin ki, aranızda olan kin aradan getsin”.
İmam Rza (ə) “Güzəşt et, gözəl güzəşt” ayəsi haqqında buyurur: “Məqsəd cəzalandırmadan, kobu