Nəvələr
Yaman boğulurdum qəm dənizində,
Min şükür, imdada çatdı nəvələr.
Şirin dillərində, gül bənizində,
Xilas dairəsi atdı nəvələr.
Həyata sınmırdım, vüqarlı idim,
Canım üşüyürdü, çox qarlı idim,
Batıb boğulmaqda israrlı idim,
Girdabdan sahilə dartdı nəvələr.
Sahildə duydum ki, nəvaziş nədi,
Hər şeyi buraxdım, dedim iş nədi,
Boynuma minincə elə kişnədi,
Maşallah, elə bil atdı nəvələr.
Yaşadım bu eşqin qalıqlarıyla,
Şirnikdirib yosun, balıqlarıyla,
Çıxarıb bazara qılıqlarıyla,
Məni beş qəpiyə satdı nəvələr.
Dedim haqqım hanı, qanad açdılar,
Məni o bazarda qoyub qaçdılar,
Hərə bir çəmənə ətir saçdılar,
Cənnət qoxusuna batdı nəvələr.
İstədim başımı seirlə qatam,
Başıma min oyun açdılar,