Ehtiyatı Ol!
Məndən belə asan ayrılıb getmə,
Bir gün sıxılarsan, ehtiyatli ol,
Neçə göz dikilib qədəmlərinə
Gözlə, yıxılarsan, ehtiyatlı ol.
Acı doğru xoşdur şirin yalandan,
Büdrəmə, yapışmaz kimsə qolundan,
Bir gün mən verdiyim soyuq salamdan
Alışıb yanarsan, ehtiyatlı ol.
Demirəm hər şirin mahnıya uyu,
Hələ qarşıdadır ömür-gün toyu,
Gözlə, bir səhvini sən ömür boyu
"Yadigar" saxlarsan, ehtiyatlı ol.
Sızladar qəlbini mənim həsrətim,
Deyərsən hicranmı oldu qismətim?
Qayıdıb gələrsən:
- Barış, Rufetim,
Barışmaz, sınarsan, ehtiyatlı ol.
Oxuyun dostlar